31 окт. 2010 г.

Bloqqer-müəllimlər, hay verin !


Görəsən Azərbaycanda neçə müəllim bloqu var? Bu suala cavab tapmaq məqsədi ilə çox axtarışlar apardım. Təhsii Nazirliyinin təşkil etdiyi "Elekrton təhsil" müsabiqəsinə göndərilmiş cəmi 18 işdən savayı başqa bir bloq tapa bilmədim. Həmin bloqlardan (saytlardan) yalnız bir neçəsi Bahar Ismayilova , Ramil Mehdiyev , Duniyev Dadaşbala, Fəxrəddin Yusifov, Hamlet Əliyev, Mustafa-zadə Nigar, Almaz Həsrət və mənim bloqum müntəzəm olaraq yeniləşir. Belə çıxır ki, Azərbaycanda cəmi 8 müəllim bloqu (saytı) var?! Bəlkə mən səhv edirəm? Bu postu oxuyanlardan xahiş edirəm, əgər müəllim bloqu tanıyirsınızsa, ünvanını yazın.

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...