19 апр. 2011 г.

Maraqlı "sinif.az"


Əziz oxucularım, siz www.sinif.az saytına baş çəklmisiniz?
Bu, bir elektron interaktiv təlim sistemidir.
Azərbaycan dilində belə bir layihənin yaradılması çox sevindirici haldır.

sinif.az layihəsi milli internet məkanında məzmunlu şəbəkə resurslarının yaradılması və İKT-nin pedaqoji praktikaya gətirilməsi, distant təhsil vasitəsilə fərdi təlimin təşkili üçün universal platformanın formalaşdırılması, mərkəzləşdirilmiş kütləvi qiymətləndirmə (imtahan) tədbirlərinin həyata keçirilməsi kimi məqsədlərə xidmət edir.
Testdən sonra səhvlərin tam təhlili təqdim edilir. Qəbul imtahanlarına hazırlıq üçün sistemə hər qrup üzrə nümunəvi testlər toplusu daxil edilmişdir

Məktəblilərin və tələbələrin nəzərinə:
1 may-10 may 2011-ci il tarixlərdə, www.sinif.az saytında, onlayn rejimdə 4 nominasiya üzrə "Mənim sinfim" mövzusunda müsabiqə keçiriləcək. Kollecimizin tələbələrini də bu müsabiqədə iştirak etməyə dəvət edirəm. Özünüzü sınayın.

1 комментарий:

Gulnaz & Qumral комментирует...

Çox maraqlı bloqdur Mənzər xanım. Belə maraqlı və şagirdlərə faydalı bloq yaratdığınız üçün sizə təşəkkür edirik. Və sinif.az saytından mütləq istifadə edəcəyik.

Related Posts Plugin for WordPress, Blogger...