30 мая 2011 г.

Məntiqlə düşün və ya " asan " məsələ

Sovet və rus riyaziyyatçısı V.İ.Arnoldun "5-15 yaşlı uşaqlar üçün məsələlər" kitabından götürdüyüm bir məsələni diqqətinizə çatdırıram:
Düzbucaqlı üşbucağın hipotenuzu 10 düym, ona çəkilmiş hündürlük isə 6 düym olarsa, bu üçbucağın sahəsini tapın.
Amerika məktəbliləri 10 il ərzində bu məsələni müvəffəqiyyətlə həll edirdilər. Moskvadan gəlmiş rus məktəblilərindən heç biri məsələni həll edib amerikalı məktəblilərin aldığı cavabı ( 30 kvadrat düym ) ala bilmədilər. Niyə?

7 комментариев:

Анонимный комментирует...

bu mesele hecde cetin deyil gor ruslarin tehsili ne gundedi

Mənzər Bağırova комментирует...

Salam, əziz oxucum, bəs səncə məsələdəki üçbucağın sahəsi neçədir?
Cavabını səbirsizliklə gözləyirəm.

Анонимный комментирует...

maraqlıdı cavab 30.zəhmət deyilsə səbəbini yazın

Mənzər Bağırova комментирует...

Salam. cavab 30 deyil :))
Belə asan olsaydı, bloqa bu məsələni salmazdım.
Bir az düşünsən cavabı mütləq tapacaqsan.
Bir sualım var. Şərhinə niyə imza atmırsan?

Анонимный комментирует...

cavab 80 dyum

Mənzər Bağırova комментирует...

Hörmətli dost, cavabı gecikdirdiyimə görə üzr istəyirəm.Cavab səhvdir.
Bir az məntiqlə düşün.
Uğurlar.

Mənzər Bağırova комментирует...

Hörmətli İlkin, təəssüf ki, cavabın səhvdir.
Bir az kömək edim.Verilmiş hündürlüyü düz bucaq təpəsindən çəkilmiş medianla müqayisə etmək lazımdır.
Sizə uğurlar arzulayıram.

Related Posts Plugin for WordPress, Blogger...