30 дек. 2013 г.

7r sinfinin ən ağıllı şagirdi kimdir?





  Bu suala cavab axtararaq  dekabrın 28-də Bakı Modern Məktəbinin 7r sinfində  “ Ən ağıllı”  (“ Самый умный”)  intellektual oyunu  keçirdim.
Oyunun məqsədi:
 elmin müxtəlif sahələrinə şagirdlərin  marağını artırmaq,
onları  elmi-populyar  və bədii ədəbiyyatın oxunmasına cəlb etmək,
təhslə müsbət motivasiya yaratmaq,
 nəhayət, sinfin ən ağıllı şagiri adı uğrunda şagirdlərin mübarizə-rəqabət  aparmasına şərait yaratmaq.
Təəssüf ki, oyunda sinfin bütün şagirdləri iştirak edə bilmədilər. Buna baxmayaraq oyun maraqlı, gərgin mübarizə şəraitində keçdi.
 Oyun 3 turdan ibarət idi. 1-ci turda
şagirdlər 15 suala cavab verməli idilər. Hər doğru cavab 1 xalla qiymətləndirildi. Daha çox xal toplayan 6 şagird 
 ( Cəbrailova Nigar, Rza,
Əlipaşa, İsmayıl, Amin, Cəmilə) 2-ci turda-yarım finalda iştirak etdilər.
Yarımfinalçılara 12 kateqoriyadan birini (coğrafiya, canlılar, nağıllar, riyaziyyat, ədəbiyyat, insan, dilçilik, musiai, alimlər, incəsənət, bitkilər, sürpriz ) seçərək  1 dəqiqə ərzində maksimal xal toplamaq imkanı verildi.  Püşk atıldı və kateqoriya seçmək növbəsi müəyyən olundu.  Şagirdlər seçdikləri kateqoriyanın suallarına cavab verdilər.
 2-ci turda daha çox xal toplayan 3  şagird (Əlipaşa, Rza və Cəmilə ) finala çıxaraq, püşk vasitəsi ilə kateqoriya  seçmək növbəsini müəyyənləşdirdilər  və  suallara cavab verdilər.
Finalda  maksimum xal toplayan şagird -İmamverdiyeva Cəmilə oyunun qalıbi oldu.  Cəmilə intellektual oyunun qalibi olması haqqında sənədlə təltif olundu.

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...