1 июн. 2010 г.

Bayramın mübarək, balaca !


Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.Bu gün münasibəti ilə hamını,xüsusən uşaqları ürəkdən təbrik edirəm. "Uşaqlar bizim gələcəyimizdir" kəlmələri hamıya məlumdur və birmənalı anlaşılır. Amma gəlin, bu kəlmələri daha diqqətlə oxuyaq və daha dərindən düşünək. Keçən əsr "akselerasiya" sözü yaman dəbdə idi. Uşaqlar valideynlərinə nisbətən daha hündür,daha çalışqan, daha uzunömürlü olmaları ilə fərqlənirdilər.İndi isə bəşəriyyət keyfiyyət astanasındadır.XXI əsrin yeni nəsli öz fikirləri, münasibətləri, davranışları,baxışları ilə hamını təəccübləndirir.İntellektual qabiliyyətlərinə görə indiki uşaqlar öz valideynlərindən öndə gedirlər. Valideynlər öz övladlarını başa düşə bilmirlər (başa düşmək istəmirlər?) Müəllimlər şagirdlərinə köhnə qaydalarla dərs keçə bilmirlər.Uşaqlarda keyfiyyət dəyişikliklərinin baş verdiyini qəbul etməliyik,anlamalıyıq ki, bunlar tamamilə başqa uşaqlardırlar-yeni zamanın uşaqları. 3-4 yaşlı uşaqlar kompüteri bəzi böyüklərdən yaxşı bilirlər. Bu -texnoloji səmtdə yönəldilmiş uşaqlardır.Guman etmək olar ki,yaxın 10 il texnologiların inkişafı gözlənilməz səviyyəyə qalxacaq. Bu uşaqlar tamam başqa bir aləm yaradacaqlar.Gəlin bu işdə onlara mane olmayaq, əksinə onların səviyyəsinə qalxmağa çalışaq.
Mənim fikirlərimlə razı olmayan böyüklərə İQ testlərində özlərini sınamalarını və uşaqları ilə yarışmağı tövsiyyə edirəm.

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...