"İnsanlar başqalarını öyrətdikcə özləri öyrənirlər" SENEKA
8 июн. 2010 г.
“ İnternetə girməyə icazə vermirəm ! ”
- qlobal şəbəkəyə qoşulmaq istəyən məktəblilər hər gün bu sözləri valideynlərindən eşidir. Bəs valideynlərə necə sübut etmək olar ki, İnternet elə də pis şey deyil, əksinə, övladının əlinə düşmüş çox yaxsı bir imkandır. Gəlin, bu məsələyə aydınlıq gətirək, İnterneti müdafiə edək və İnternetin yaxşı cəhətlərini gözdən keçirək. Əvvəla (və ən əsası) onun təhsildə rahatlığı və yararlılığı. Müasir şagird İnternetdən götürdüyü informasiyanı öz məruzələrində, referatlarında, layihələrində istifadə etmirmi? Əlbəttə istifadə edir. Aha , bax burada İnternetin mənfi cəhətləri üzə çıxır. Bəzən tənbəl şagirdlərimiz informasiyadan onun məzmununa fikir vermədən istifadə edir, bu isə xalturadır. Əlbəttə belə hallardan qaçmaq lazımdır. Çox vaxt İnternetdə yoxlanılmamış, səhv məlumatlara təsadüf etməyimizə baxmayaraq , hər –hansı bir obyekt haqqında heç olmazsa , əsas anlayışları tapa bilirik.
İnternetin mənfi və müsbət tərəfləri haqqında diskussiyaya qoşulmaq istəyənləri söhbətə dəvət edirəm.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий