"İnsanlar başqalarını öyrətdikcə özləri öyrənirlər" SENEKA
20 июн. 2010 г.
Nəhayət...
.Sabah,nəhayət,Elekrton Təhsil Müsabiqəsinin qalibləri elan olunacaq. Həyəcanlı bir gün yaşayırıq. Bakı Kompüter Kollecinin 4 müəllimi nominanatlar arasındadır. Babayeva Ulduzə- "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika", Zeynalova Gültəkin və Həsənova Sevinc- "İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli", mən isə "Müəllimlərin bloqları" nominasiyalarına öz işlərimizi təqdim etmişik. Mənim fikrimcə bir təhsil ocağından 4 nominantın seçilməsi böyük uğurdur. Bu münasibətlə mən Kollecimizin bütün müəllimlərini, tələbələrini, xüsusən də direktorumuz İradə xanım Səfərovanı ürəkdən təbrik edirəm.
Müsabiqənin təşkilatçılarına isə minnətdarlığımı bildirmək istəyirəm. Bu müsabiqənin nəticəsində mən 2 bloq yaratdım, başqa müəllimlərin işləri və təcrübələri ilə tanış oldum, qiyabi də olsa dostlar qazandım, pedaqoji fəaliyyətimi daha maraqlı və məhsuldar etmək üçün ruhlandım. Var olsun belə müsabiqələr!
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий