28 окт. 2010 г.

Bloq yaratmaq istəyən muəllimlərimizə


Muəllimə sayt (bloq) niyə (nəyə) lazımdır?
Muəllim saytı (bloqu) sinif, məktəb,rayon,şəhər,olkə, dunya miqyasında təhsil sahəsindıki problemlərin həllinə yonəlmiş informasiyanın emalına,saxlanmasına, oturulməsinə,(o cumlədən interaktiv ) imkan verən kommunikasiya mərkəzidir.Sayt muəllimə də, məktəbə də, tələbəyə də lazımdır.Bu bir reallıqdır.
İdeal muəllim,ideal sayt yalnız ideal şəraitdə mumkundur: əgər mudriyyətin siiraəredici təsir quvvəsinə malik informasiyalaşmış şuuru varsa, və hamını bu işə cəlb edə bilirsə,uyğun şərait yaradırsa, onda konkret bir məktəbdə informasiya mədəniyyətindən danışmaq olar.
Muasir muəllim təhsildə internet-texnologiyalardan istifadə etməyi bacarmalıdır. İnternetdən istifadə edən hər kəsin Vikipediya serverinin movcudluğundan xəbəri var.Hər bir muəllim saytını oz fənninin Vikipediyasına cevirə bilər.
Sayt uzərində işləyən muəllim İnternet-texnologiyaların sirlərini mutləq oyrənməlidir, cunki bu sahədə savadsız olmaq, daim kiminsə koməyinə arxalanmaq yaramaz.
Saytın yaradılması zamanı bu işə cox vaxt sərf olunur, amma hazır olduqdan sonra onu yeniləşdirmək o qədər də cox vaxt aparmır.Necə deyərlər, əvvəlcə sən İKT-ya işləyirsən, sonra İKT sənə işləyir.Özunu İnternetin kicik bir hissəsinin sahibi kimi hiss etmək,inanın mənə, olduqca xoşdur.
Muəllim bloqunun yaradılması mənim ucun yeni yaradıcılıq növüdür. Bloqun imkanları haqqında nə qədər cox oyrənirəmsə, bir o qədər də bu iş məni daha cox maraqlandırır.

Bloq –şəxsi qəzet, gundəlik kimi bir şeydir. Bloqu olan hər bir şəxs bloqqer adlanır. Bloqqer –başqalarının bloqunu oxumaqla işə başlamalıdır. Ən asan yol- əvvəlcə numunə kimi bir bloqa baxaraq, ona bənzər bir şey yaratmaq, sonra isə nəyi isə mustəqil olaraq etməkdir. Tədricən , insan ozundə yeni qabiliyyətlər aşkar etməyə başlayır: əvvəlcə,oz işində maraqlı bir şey tapmaq qabiliyyəti, sonra bu barədə maraqlı yazmaq qabiliyyəti. Əgər maraqlı bir mətn yazmaq ilk dəfə alınmırsa, fotoreportajla və fotoşəkillərə qısa şərhlər verməklə bu işə başıamaq olar. Coxları məhz belə etməklə ilk addımlarını atırlar.
Bloqqer-muəllim hansı yeni xususiyyətlər qazanır?
Bloqqerlər daim oyrənirlər. Həm də hər şeyi oyrənirlər.Əvvəla-bloqun aparılması və faydalı veb servislərdən istifadə etmək yollarını. İkincisi- başqa muəllimlərdən təhsilin təşkilinin yeni usullarını, ücüncüsü-onlar şagirdlərlə, onların valideynləri ilə, oz həmkarları ilə unsiyyət qurmağın yeni usullarını oyrənirlər,oz bildikləri ilə boluşurlər.
Məhz bu, insanın informasiya mədəniyyətini formalaşdırır .

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...