28 апр. 2011 г.

Dünən açıq dərsim oldu...


Niyə bu qədər həyəcan kecirirdim? Hər şey yaxşı oldu, dərs iştirak edən qonaqların də, tələbələrin də xoşuna gəldi, vaxtın necə gəlib keçdiyini hiss etmədik.
P -304 qrupunun ( I kurs, rus bölməsi) tələbələrinə xüsusi təşəkkürümü bildirirəm. Qarşılıqlı anlayış, istifadə olunan metodika və müəllim-tələbə yaradıcılığı öz işini gördu.Photo Flipbook Slideshow Maker
Tələbələrim oz fəallığı, biıikləri ilə təkcə məni deyil, dərsdə iştirak edən müəllimləri də sevindirdilər.
Acıq dərsdə iştirak edəcək müəllimləri dərsin planı ilə məlumatlandırmaq məqsədi ilə qabaqcadan buklet hazırlamışdım. Burada dərsin mövzusu, məqsədi, quruluşu, açıq dərsin əsasını təşkil edən elmi və metodiki yeniliklər əks olunmuşdu.
Dərs “Cəbr və analizin başlanğıcı” fənni uzrə “ Törəmənin tətbiqi ilə funksiyanın araşdırılması” mövzusunda idi. Dərsin məqsədi mövzunu təkrar etmək,ümumiləşdirmək, qazanılmış nəzəri bilikləri məsələ həllinə tətbiq etmək, tələbələrin yaradıcı təfəkkürünü formalaşdırmaq və tədqiqat fəaliyyətini həyata keçirmək, qrupda işlədiklərinə gorə qarşılıqlı yardım, məsuliyyət hissi və sair bu kimi qabiliyyətləri inkişaf etdirmək idi. Açıq dərs ənənəvi dərs strukturunu saxlayaraq, İKT-nin tətbiqi ilə (planşet-kompyuteri, proyektor,İnternet ) yeni təlim usullarına əsaslanaraq keçirildi. Keçmiş dərsin təkrarını oyun formasında aparmaq qərarına gələrək bu məqsədlə xüsusi təqdimat hazırlamışdım, tələbələri 2 qrupa bölüb yarış kecirtdik, ballar hesablandı və qaliblər müəyyən olundu.
Funksiyaların əsas xassələrini əks etdirən plakatlarla iş, qrafiklərə gorə funksiyaların düsturlarının yazılması, elektron testlərinin həlli kimi ciddi tapşırıqlardan sonra əyləncə tipli dəqiqələr xüsusi maraq yaratdı. Burada tələbələrin yaradıcılıq işləri nümayiş etdirildi, riyazi rebusların cavabları tapıldı. Torəmənin tətbiqi ilə veilmiş funksiyaları araşdırmaq tələbələrə tapşırıldı. Ev tağşırıqları verildikdən və qiymətləndirmə aparıldıqdan sonra dərsin sonunda maraqlı riyazi krosvord həll edildi .
Beləliklə, klassik quruluşunu saxlayaraq yeniliklərlə, muəllif işləri ilə zəngin bir dərs sona yetdi.

2 комментария:

AZERIN комментирует...

sizə işlərinizdə uğurlar. Mən nədənsə bu bloku tam düzəldə bilmirəm. prezentasiyanı necə yükləmək olar bura?

Mənzər Bağırova комментирует...

Salam,hörmətli Azərin xanım,bloqa prezentasiyaları
www.slideboom.com və ya
www.slideshare.net
saytlarından yükləyə bilərsiniz. Yüklədikdən sonra sizə HTML kodu veriləcək, həmin kodu bloqa yerləşdirin.Vəssalam.Sizə bu işdə uğurlar arzulayıram.

Related Posts Plugin for WordPress, Blogger...