27 мая 2011 г.

Elektron poçtla ünsiyyət


Bu günkü söhbətimin mövzusu mədəniyyət və nəzakət qaydalarıdır. Yox-yox, elə bilməyin ki, oxucularıma öyüd-nəsihət vermək istəyirəm.Amma onu da deyim ki, bu Müəllim milləti ki,var a, xoşlayır da nəsihət verməyi. Əlbəttə bu xasiyyət məndə də var,amma çalışıram bu xasiyyətimi tərgidim.Təsəvvür edin, müəllim sinfə girir, dərs deməklə yanaşı, şagirdlərə öyüd verir.Növbəti dərsdə başqa müəllim bunu təkrar edir və beləliklə hər müəllim öz missiyasını yerinə yetirir. Uşaqların vəziyyətini başa düşərək mən bunu etməməyə çalışıram. ÇALIŞIRAM. Nə dərəcədə alınır, gərək tələbələrimdən soruşum. Sinifdə bu xasiyyətimdən əl çəkməyə çalışsam da ,bloqumda bu gün iki kəlmə ( çox yox )danışacağam.

İnternetdə, daha dəqiq desəm, elektron poçtda ədəb qaydalarından danışmaq istəyirəm. Dünən İnformatika dərsində gördüyüm kiçik bir dəcəllik məni buna sövq edir. Çox istərdim ki, tələbələrim bunu oxusunlar.

Elektron poçtla ünsiyyətin etiket qaydalarına riayət məktublaşmanı daha effektli və xoş edir.
1.Məktub yazarkən mütləq "Məktubun mövzusu " sətrinə bir-iki kəlmə aydın, qısa ,dəqiq nə isə yazın, bu, adresatın işini asanlaşdırar.
2.Öz məktubunuzun məzmununu diqqətlə oxuyun , sonra göndərin. Göndərilmiş məktubda düzəlişlər etmək mümkün deyil.
3.Qrammatik səhvlər buraxmayın.
4.Qısaltmaların və ya jarqon ifadələrin adresata aydın olacağına əmin deyilsinizsə, bunu etməyin.
5.Məktubun tonu çox vacib amildir. Şifahi söhbətdə bəzi sözlərin mənasını intonasiya ilə dəyişə biliriksə, yazılı mətndə bunu etmək olmur, ona görə də yazıda dəqiq və nəzakətli olmağa çalışın. İntonasiya və emosilarınızı smayllarla ifadə edə bilərsiniz.Klassik smayllar:
:) təbəssüm
:))) gülüş
:D sevinclə gülüş
:( məyusluq
:((( ümidsizlik
:/ narazılıq
:0 təəccüb

6.BAŞ HƏRFLƏRDƏN , NİDA VƏ SUAL İŞARƏLƏRİNDƏN sui- istifadə etməyin!!! Bu, çatda, məktublaşmada qışqırmaq kimi qəbul olunur. İstərdinizmi, kimsə üstünüzə QIŞQIRSIN?????!!!!! Həm də belə mətn pis oxunur.
7.Aldığınıq məktuba tezliklə cavab verməyə tələsin. Vaxtınız olmasa da heş olmazsa iki kəlmə ilə indi vaxtınızın olmadığını, daha sonra cavab yazacağınız haqda yazın.
8.SPAM göndərməyin və SPAMa cavab verməyin.(SPAM -sırınan reklam)

Bəlkə bu siyahini davam etmək istəyənlər var?

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...