11 авг. 2011 г.

Distant təhsil haqqında nə düşünürsünüz?


XXI-ci əsr bizə yeni təhsil forması olan distant (on-layn ) təhsil təklif edir. Distant təhsil müasir insanın təhsil alması üçün ən səmərəli və ən rahat üsullardan biri olaraq, eyni zamanda üç problemi həll edir: vaxt problemini, maliyyə problemini və məsafə problemini.

Skayp kimi texniki-kommunihasiya vasitə bu təhsil üsulunun ən yaxın köməkçisidir.Müəllimlə canlı ünsiyyət indi distant şagird üçün mümkündür.
Distant təhsil bütün yaş qruplarını, hətta məktəbəqədər yaşlı uşaqları da əhatə edə bilir.
Onlayn təhsil-video mühazirələrə, təqdimatlara baxmağa, audio-mühazirələri dinləməyə imkan verir. Bütün bunlar nəinki yeni dərs materiallarının dərindən və mükəmməl öyrənməyə, həm də lazım olan informasiyanı daha yaxşı yadda saxlamaq məqsədi ilə dərsləri təkrar-təkrar dinləməyə imkan verir. Distant təhsilin lehinə və əleyhinə fikirləri olanları dikussiyaya dəvət edirəm.
Buyurun, şərhlərinizi yazın.

5 комментариев:

Анонимный комментирует...

Salam, Distant təhsilə münasibətim belədir:
Məsafədən təhsil almaq istəyən hər bir şagird yüksək şüura malik olmalıdır, onu bu təhsilə heç kəs məcbur etməməlidir. Odur ki, hesab edirəm distant təhsillə əsasən orta məktəbi bitirmiş, hətta ali təhsilli insanlar məşğul ola bilərlər.

Mənzər Bağırova комментирует...

Şərhinizə görə minnətdaram. Sözlərinizlə razıyam. Rahat və faydalı təhsil forması olan distant təhsilin nəticəsi tələbənin ciddi nizam-intizamı, şüuru, işləmə qabiliyyətindən bilavasitə asılıdır və müəyyən üzürlü səbəblərə görə ənənəvi təhsil ala bilməyənlərə məsləhət görülür. Distant təhsilin vacib xüsusiyyəti hətta darıxdırıcı mövzuların da olduqca maraqlı və rəngarəng şəkildə hazırlanması və tələbəyə çardırılmasıdır.

Анонимный комментирует...

Salam Mənzər xanım! Necəsiz? Sizin Abituriyent hazırlaşdırdığınızı bilirəm. Sizə bir sualım var! Siz ancaq Rus sektorlarını hazırlaşdırırsız yoxsa Az sektorlarıda buna daxildi?
imza:J.B

Mənzər Bağırova комментирует...

Salam J.B.
Mən Azərbajcan dilində təhsil almışam. Hər iki dildə dərs keçirəm.

Bu bloqa maraq göstərməyin məni sevindirir.Çox sağol.

Samir Zamanov комментирует...

salam. Distant təhsil yaxşı olardı amma onun da qiymətini yuxarı qalxsa mənası olmaz.

Related Posts Plugin for WordPress, Blogger...