29 авг. 2011 г.

Günəş sisteminə virtual səyahət


Salam,dostlar.
Kosmosa virtual səyahət etmək istəyirsinizmi? Suala " hə" cavabı verənləri SOLAR SYSTEM SCOPE saytına dəvət edirəm.Günəş sisteminn bütün planetləri, onların orbitləri,bir-biri arasındakı məsafələri görməklə yanaşı, tarixi geriyə və qabağa fırlatmaq, gecə-gündüzün,fəsillərin dəyişməsi ilə əlaqədar olaraq planetlərin görünüşünü müşahidə etmək mümkündür.Hər bir planeti idarə etmək,orbit boyu fırlatmaq da olur.
Rus dilini bilənlər üçün: yuxarıda sağda dili dəyişərək saytın rus dilində tərcüməsini görə bilərsiniz.Burada həm də musiqini işə sala bilərsiniz. Sol tərəfdə idarəetmə düymələri,aşağıda isə vaxtı idarə edən düymələr var.
Baxın,günəş sistemini idarə edin və həzz alın !

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...