2 февр. 2012 г.

BÜTÜN DÜNYA NƏYİSƏ GÖZLƏYİR

Dünya nəyi gözləyir? Deyirlər ki, Golfstrim məhv olub, daha doğrusu isti su cərəyanı dayanıb. Və ən yaxın gələcəkdə Yer kürəsi yeni buz dövrünə qədəm qoyacaq. Bütün Avropanı görünməyən şaxtalar basıb. Uzağa getməyək, Azərbaycanda belə şaxtalar,deyirlər, təxminən 40 il bundan qabaq olub. Xəzərin donması isə dünyagörmüş qocaları belə təəccübləndirir. Başqa sözlə desək, keçən onillikdə hamını qorxuya salan qlobal istiləşmə əvəzinə bizi qlobal buzlaşma gözləyir.

Digər tərəfdən, vulkanlardan təhlükə gözləyənərin sayı da az deyil. Guya, 2012-ci ildə Yerin bütün vulkanları hamısı birdən püskürəcək. Bəzi alimlərin fikrincə, belə vulkan püskürmələri hər 10 milyon ildən bir baş verir ( belə hesablamalarda, hətta 1 milyon illik xətalar mümkündür). İnsan özü ( “homo sapiens”) təxminən 50000 il əvvəl yanarıb. Onda vulkanoloqlar, hətta 100 min il qədər səhv edirlərsə belə , bizi qarşıda hələ çoox maraqı həyat gözləyir. Bu hadısələrin 2012-ci il ilə əlaqəli olması daha da paradoksaldır. Alimlər bəzən yağışın yağmasını belə qabaqcadan deyə bilmirlər, amma dünyanın məhz 2012-ci ildə partlayacağını dəqiq bilirlər.

Yox, burada yəqin ki, mistikasız, Nostradamussuz, mayya-hindularının təqvimi olmadan ( ya da başqa səbəblərsiz) ötüşməyib. Müasir insan qorxur, qorxudulub. Mən başa düşmək istəyirəm, niyə insanlar özlərini qorxudurlar. Bəlkə hər şeyin səbəbi əminaanlıq və bu əminaanlığı itirmək qorxusudur? “Təzəcə hayatım qaydasına düşmüşdü, buyur, indi də vulkanlar oyanıb”. Demirəm ki, heç nədən qorxmayaq. Başqa dəyərləri itirməkdən qorxaq. İnsanlığımızı, təmizliyimizi, qayğıkeşliyimizi, vicdanımızı...itirməkdən qorxaq. Nədənsə qorxaq.

Əslində heç nədən qorxmyanlar daha çox təhlükəlidirlər. Qədim skandinaviyalıların berserk adlanan döyüşçüləri ağrıdan qorxmurdular. Və bu quldurlardan dəhşətli heç kəs yox idi.


Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...