
Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi.(URA!)
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqənin rəsmi internet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilmişdir və tam olaraq bütün məlumatları özündə cəmləmişdir.
Müsabiqənin əsasnaməsində aşağıdakı dəyişikliklər edilmişdir:
- Hər bir iştirakçı tərəfindən müsabiqəyə yalnız bir resurs təqdim oluna bilər;
- Müsabiqədə qalib gəlmiş iştirakçılar növbəti 3 ildə müsabiqədə iştirak edə bilməzlər.( Çox təəssüf !)
Müsabiqələrdə iştirak etmək-müəllimin işinin keyfiyyətinin artırılması üçün bir stimuldur. Bu işə tələbələri cəlb etmək isə həm tələbə, həm də müəllimin özü üçün faydalıdır. Bu məqsədlə bu ilki müsabiqədə iştirak etmək üçün bir neçə tələbəmi yola gətirmişəm. Nədənsə, onlar bu işə könülsüz yanaşırlar. Bacardığım qədər onları həvəsləndirirəm. Əziz tələbələrim, sizi müsabiqədə iştirak etməyə çağırıram və uğurlar arzulayıram !
Комментариев нет:
Отправить комментарий