16 апр. 2012 г.

Narahat olmayın, indi başa salaram.


Salam, əziz dostlar. Postlardan birində, bax burada bir "asan" məsələni diqqətinizə çatdırmışdım. Yazdığınız şərhlərdə, təəssüf ki, məsələnin düzgün həllini görmədim. Narahar olmayın, indi həmin məsələnin doğru cavabını yazacağam.
Düzbucaqlı üçbucağın düz bucağından endirilmiş hündürlüyün uzunluğu, həmin təpədən endirilmiş mediandan böyük ola bilməz. Hipotenuzu 10 olan düzbucağlı üçbucağın düz bucaq təpəsindən çəkilmiş median 5-ə bərabər olmalıdır. Bu zaman hündürlüyün 6-ya bərabər olması mümkün deyil. Beləliklə, "üçbucağın sahəsi 30-a bərabərdir" deyənlərin diqqətinə çatdırmaq istəyirəm ki, bu məsələnin həlli yoxdur. Çünki, belə bir üçbucaq olmur!
Yenə sual istəyirsiniz? Onda bloqu müntəzəm olaraq ziyarət edin. Hələlik !

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...