13 окт. 2012 г.

Ən çətin iş?


Gec də olsa, bütün müəllimlərimizi  "Müəllim günü" münasibəti ilə ürəkdən təbrik edirəm. "Çətin ", "Şərəfli" sözlərini işlətmək istəmirəm. Sadəcə, bu sənəti sevib-seçdiyinizə görə peşiman deyilsizsə, onda işinizdə sizə böyük uğurlar, qələbələr arzulayıram !
Əziz müəllimlər,  bu gün hamımızı narahat edən bir məsələ haqqında danışmaq istəyirəm.
Məlumdur ki, bir sinifdə eyni zamanda oxuyan şagirdlərin  arasında zəif və güclülər var.( Şagirdlərin səviyyələrinin müxtəlif, dərs vaxtının qısa olduğunu yaddan çıxarmayaq).Neşə işləyək? Zəiflərə kömək edək ki, qiymətləri 4-ə qalxsın, yoxsa güclülərlə işləyərək onların bildiklərini dərinləşdirək? Eyni zamanda  bir dərs çərçivəsində  bunu necə etmək olar?

Ağlıma müxtəlif fikirlər gəlir:
-güclü şagirdlər müəllimin köməyi olmadan da öz 5-lərini ala bilərlər, ona görə də müəllim öz diqqətini zəiflərə yönəltməlidir.

-zəif şagirdlər, adətən, oxumaq istəmirlər, dərslə maraqlanan güclü şagirdlə işləmək hər bir müəllimin ürəyincədir;

-zəif uşaqların arasında oxumaq istəyənlər də var, bax onlara kömək etmək lazımdır, güclülər isə ya güclü sinfə , ya da başqa məktəbə keçsinlər;

-güclü şagird  universitetə hazırlaşır, onlarla daha çox işləmək lazımdır;

-güclü müəllimin hər şagirdlə məşqul olmağa vaxtı çatmalıdır.

Doğrudan da müəllimlik çətin məsələdir.
Siz bu barədə nə firkirləşirsiniz? Hörmətli valideynlər, siz də kənarda qalmayın. Şərhlərinizi əlavə edir.

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...