16 нояб. 2012 г.

Şərh yazaq


  Maraqlıdır....Bloqun ziyarətçilərinin sayı 20000-i keçib.(Sevindirici haldır ) Amma hələ də şərh yazanları barmaqla saya bilərəm. Bəlkə. yazdıqlarım heç kimi maraqlandırmır? Bəlkə, başqa səbəblər var? Fikrinizdən mənim başqalarına şərh yazıb-yazmamağım haqqında sual keçirsə, cavabım belədir: yazıram.
Riyaziyyatla az da olsa  maraqlananlar
bloqun Həndəsə  səhifəsindəki maraqlı  məsələləri həll edərək öz cavablarını, və ya  münasibətlərini yaza bilər. Şərh yazmaq üçün heç bir qeydiyyat tələb olunmur. Əsas səhifədə yazdıqlarımla razılaşmayanlar ( ya da mənə dəstək olanlar), sizin fikriniz mənim  üçün çox maraqlıdır. "Bütün dünya nəyisə gözləyir" yazısını oxusanız mövzunun  aktuallığını hiss edərsiniz.
  Bəlkə "Siz kitab oxuyursunuzmu?" sualına cavab vermək istəyirsiniz? Buyurun,fikrinizi bildirin.
  Riyaziyyat bloqları müəlliflərinə  "Bloqda düsturlar" postunu  oxumağı tövsiyyə edirəm. Məsələn, Riyaziyyatın gözəl düsturlarından biri olan Pifaqor  teoremini bloqun səhifəsində yazmaq elə də asan iş deyi. HostMath proqramı bunun öhdəsindən məharətlə gəlir. :\[c^{2}=a^{2}+b^{2}\]  Bəlkə bundan da rahat üsulla düstur yazmaq olar.Deyim, mən də bilim.:)
Bloqun sağda yerləşən panelindəki aşar sözlərdən (teqlərdən) istifadə edərək, sizi maraqlandıran mövzuları oxuya bilərsiniz (istəsəniz şərh də yaza bilərsiniz :)).
Gəlin, oxuduqlarımıza, eşitdiklərimizə öz fikrimizi  bildirək.


  
 

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...