9 нояб. 2010 г.

Ferma teoremi haqqında


Teorem niyə belə məşhurdur? (ruscadan qısa tərcümə)

O qədər isbat olunmuş, isbat olunmamış, hələ isbat olunmamış teoremlər var ki...Bəs, Ferma teoremi niyə belə məşhurdur? Teoremin dahiliyi onun sadə şəklində ifadə olunması ilə və çətin isbatı arasında olan ziddiyyətdədir.
Teoremdə deyilir:
İxtiyari natual n > 2 ədədi üçün
xⁿ + yⁿ = zⁿ
tənliyinin natural x,y и z həlləri yoxdur.

Ferma teoremi olduqca çətin məsələdir,onun ifadəsini 5-ci sinif təhsilli hər kəs anlaya bilər, amma isbatını hər peşəkar-riyaziyyarçı başa düşə bilməz. İlk baxışdan teorem ona görə asan görünür ki, onun n=2 halında çoxlu sayda həlli məlumdur (Pifaqor teoremini yada salın, 3,4,və 5 ədələri, 5,12 və 13 ədədləri bu bərabərliyi ödəyir). Bəs n=3, n=4, n=5 və s. halında?


Bəli, çətinlik elə burdan başlayır.Sən demə, belə natural ədədlər yoxdur.
Məsələnin çətinliyi nədən ibarətdir?
Məsələnin həllinin olmasını isbat etmək , onun həllinin olmamasını isbat etməkdən asandır. Ona görə ki, həllin olmasını isbat etmək üçün həlli tapıb ortaya qoymaq lazımdır.Amma həllin olmamasını isbat etmək çətindir. Məsələn, kimsə deyir ki, məsələnin həlli yoxdur. Sən həmin həlli taparaq həmin adamı məğlub edirsən. Bəs həllin olmamasını necə isbat edə bilərsən? Sadəcə deyəcəksən ki, məsələnin həlli yoxdur?!Bəlkə həlli pis axtarmısan? Bəlkə həll var, çox böyük ədədlərdir,elə boyük ədədlərdir ki,heç güclü kompüterlərin də bunu hesablamağa gücü çatmır. Bax, məsələnin çətinliyi məhz bundadır!
350 ildən çox davam edən axtarışlar
Teorem 1637-ci ildə Pyer Ferma (1601–1665) tərəfindən Diofantın "Hesab" kitabının səhifələrinin kənarında yazılmış və qeyd olunmuşdur ki, teoremin isbatı üçün burada yer çatmır.
Bir çox riyaziyyatçı bu teoremi isbat etməyi özlərinə borc bilərək məsələni həll etməyə çəhd göstərmişdilər, amma heç cürə bu için öhdəsindən gələ bilməyiblər.
Nəhayət!
1993-cü il iyunun 23-də Kembricdə riyaziyyatdan XX əsrin ən mühüm mühazirəsi oxundu.Mühazirəçi Priston univesitetinin professoru , ingilis alimi Endrü Con Uayls (Andrew John Wiles-1953)idi.Endrü Con Uayls alimlərə Ferma teoreminin isbatını nümayiş etdirdi. Bu məsələ onu 10 yaşından maraqlandırırdı,30 ildən sonra isə teoremi isbat etmişdi.İsbatda "ən ali riyaziyyat" və ən müasir riyaziyyat elmi tətbiq olunmuşdur.
Beləliklə,teoremin isbatı üçün bəşəriyyətə 380 il lazım oldu.

3 комментария:

Анонимный комментирует...

5+

Анонимный комментирует...

isbati yerleshdirseydiz coxx yaxshi olardi...mene cox maraqlidi

Mənzər Bağırova комментирует...

Hörmətli oxucum, diqqətinizə görə sizə minnətdaram. Şərhinizə isə belə cavab yazardım.
Ferma teoreminin isbatı bir-biri ilə məntiqi əlaqələrlə bağlı olan yüzlərlə riyazi hesablamalardan qurulmuş mühakimələr zəncirindən ibarətdir. Teoremin isbatında ali riyaziyyatın müasir aparatından istifadə olunmuşdur və bu isbat yüzdən çox səhifə həcmdədir.
Amma Ferma teoreminin hələ heç kəsin tapa bilmədiyi daha qısa və zərif bir ibatının olması istisna deyil. Əminliklə yalnız bunu demək olar ki, bu gün biz dəqiq bilirik : teorem doğrudur.
Endrü Uayls etdiyi isbatla əlaqədar olaraq qeyd etmişdir: “ Artıq mənim zehnim sakitləşib”. Riyaziyyatçıların əksəriyyəti sözsüz onunla razılaşar.

Related Posts Plugin for WordPress, Blogger...