Bir dəfə şagirdləri Xinq Şidən soruşdular ki, bir Müəllim kimi onun əsas vəzifəsi nədən ibarətdir. Müdrik müəllim belə cavab verdi:
-Sabah siz bunu bilərsiniz.
Sabahısı gün şagirdlər yerli camaatın Ölməz Dag adlandırdıqları Syan Yuz dagının ətəklərində dincəlməyi qərara almışdılar. Səhər tezdən onlar lazım ola biləcək əşyaları yığıb yola düşdülər.
Günorta ac və yorgun halda gözəl bir yerə çatıb dincəlmək istədilər. Nahara müəllimin gətirdiyi düyü və duzlu tərəvəzlərdən də yedilər.Onu da deyək ki, müəllim tərəvəzləri həddindən artıq duzlamışdı... Odur ki, bir müddətdən sonra şagirdlər su içmək istədilər. Tərslikdən, gətirdikləri su da qurtarmışdı.Onda onlar ayağa qalxıb ətrafa su axtarışına çıxdılar.
Yalnız Xinq Şİ yerindən qalxmamışdı.Su tapa bilməyən şagirdlər geri qayıtmaq istədikdə Müəllimin onlara yaxınlaşdığını gördülər.
-Axtardığınız bulaq bax o təpənin arxasındadır- dedi.
Şagirdlər sevinərək onun dediyi tərəfə getdilər, bulağı tapib doyunca su içdilər,bir az da müəllimə gətirdilər. Xinq Şi ayaqlarının yanına qoyduğu su qabını göstərərək onların gətirdiyi suyu almadı.Çunki onun su qabı,demək olar ki, dolu idi.
-Müəllim, əgər səndə su vardısa,niyə bizə içməyə bir az su vermədin?-deyə şagirdlər təəccublə soruşdular.
-Mən öz vəzifəmi yerinə yetirirdim - deyə Müəllim cavab verdi,- əvvəlcə mən sizdə yanğı hissi yaratdım, bu, sizi bulaq axtarışına çıxmağa məcbur etdi. Sizdə bilik həvəsini də bax beləcə yaradıram. Sora sizə bulağın olduğu yeri göstərdim. Nəhayət, artıq su götürməyimlə sizə göstərmək istədim ki, əgər hər şey haqqında qabaqcadan düşünsəniz, təsadüfün və ya unutqanlığın sizin planlarınıza mane olmasına imkan verməsəniz istədiyiniz hər şey sizin yanınızda olar.
-Deməli Müəllimin əsas vəzifəsi həvəs yaratmaq, yol göstərmək və nümunə olmaqdır?-deyə şagirdlər soruşdular.
-Yox,Müəllimin əsas vəzifəsi şagirdlərinə insanlıq və mehribanlıq hissi aşılamaqdır-deyə Xinq Şi gülümsədi və davam etdi - və sizin mənə su gətirməyiniz onu göstərir ki, əsas vəzifəmi hələlik düzgün yerinə yetirirəm.
Комментариев нет:
Отправить комментарий