Diqqət : zərərverici qulaqcıqlar !
Qulaqcıqların müxtəlif növlərinin eşitmə orqanlarına təsirini öyrənmək üşün Harvard alimləri tədqiqat aparmışlar. Qulağa daxil edilən kiçik portativ qurğular və tam bağlı qulaqcıqlar müqayisə olunub. Nəticədə məlum olub ki,qulaqcıq nə qədər kiçik olsa səs təzyiqinin güçü də
bir o qədər yüksək olur, bu isə eşitməni kəskin surətə azaldır. Metroda gur səsli müsiqini qulaqcıqla dinləmək qulaqlar üçün daha təhlükəlidir. Həkimlər xəbərdarlıq edirlər: yeraltı nəqliyyatın yüksək səs-küyü + gur səsli musiqi qulaq pərdəsi və eşitmə sinirlərinə məhvedici təsir göstərir. Bax belə !
Kompüter və sağlamlıq
Köhnə (?) postlara nəzər saldıqda bloqun bu səhifəsinə aid olan yazılarıma rast gəldim. Sizə də məsləhət görərdim. Bu təqdimatı,əslində plakat üçün hazırlamışdım. Təqdimat 6 səhifədən ibarətdir və bu səhifələrdə kompüterlə təmasda olanlara faydalı məsləhətlər verilib.
Tələbələrin kompüter siniflərində davranış qaydaları
1. İnformasiya kabinəsinə əvvəlki qrupun sinfi tərk etməsindən sonra və yalnız müəllimin icazəsi ilə daxil olmaq olar.
2. Tələbələrin canta və başqa əşyaları bunun üçün ayrılmış xüsusi yerdə yerləşdirilməlidir.
3. İnformasiya kabinəsində tələbələr özlərini sakit. aparmalı, qaçmaq, bir-birini itələmək olmaz.
4. İnformasiya kabinəsinə yeməli, içməli, həmçinin tum, konfet, saqqız gətirmək olmaz.
5. Dərsə aid olmayan informasiya yazılmış disk, disket, Flash bə başqa informasiya daşıyıcılarını yalnız müəllimin icazəsi ilə sinfə gətirmək olar.
6. İnformasiya kabinəsində :
6.1. Siqaret şəkmək, kibrit və alışqandan istifadə etmək ;
6.2. Yararsız informasiya daşıyıcılarını kompüter qurğularına daxil etmək;
6.4. Müəllimin icazəsi olmadan kompüter qurğularını işə salmaq və ya söndürmək ;
6.5. Kompüterin sistem blokunu sökmək ;
6.6. Eyni bir anda iki kompüterin qurğularına toxunmaq ;
6.7. Yad cisimləri kompüter qurğularınına daxil etmək ;
6.8. Kompüter işləyən zaman sistem blokunu yerindən tərpətmək ;
6.9. Müəllimin icazəsi olmadan sinifdə gəzişmək ;
6.10. Mobil telefonlardan istifadə etmək (bəzi fövqəladi hallardan başqa )
qadağandır.
7. Kompüteri işə salmaq və sondürmək yalnız müəllimin icazəsi ilə olmalıdır.
8. CD diskləri, disket, Flash bə başqa informasiya daşıyıcılarını yalnız müəllimin icazəsi ilə qoşmaq olar.
9. Yanğın olarsa, tələbələr sinfi dərhal tərk etməkidirlər.
10. Hər-hansı qurğu nasaz olarsa, tələbə bu haqda müəllimə xəbər verməlidir.
11. Kollecin kompüter sinfinə vurulmuş ziyanı tələbələrin valideynləri ödəməlidir.
Комментариев нет:
Отправить комментарий