Həndəsə

             "Ətrafımızda hər şey HƏNDƏSƏDİR!"-
                                                                                          dahi fransız memarı Korbüzye

"Uşağın normal fiziki inkişafı üçün o,keyfiyyətli və mükəmməl qidalanmalıdır. Uşağın normal əqli inkişafı üçün ona cürbəcür əqli qida lazımdır. Bu gün Riyaziyyat, xüsusən də Həndəsə təhsil sahəsində istifadə olunan ekoloji təmiz və dəyərli məhsullardan sayılır.Həndəsə-beyin üçün vitamindir."
               riyaziyyatçı, pedaqoq- Şarıqin İ.F.

Həndəsənin strukturu və tarixi haqqında burada oxuya bilərsiniz.

"Həndəsə və xarakter" adlı metodiki işi yükləyib tanış ola bilərsiniz.

Maraqlı məsələlər:


Məsələ 1: NƏ GÖZƏL TƏSADÜF
İsbat edin ki,çevrə xaricinə çəkilmiş dördbucaqlıda qarşı tarəflərin çevrə ilə toxunma nöqtələrini birləşdirən parçalar diaqonalların kəsişmə nöqtəsindən keçir.   

Məsələ 2: ÖZGƏYƏ QUYU QAZMA... 
Quyuya uzunluqları 2 ölçü vahidi və 3 ölçu vahidi olan iki çubuq salınmışdır.Bu çubuqlar quyunun dibindən 1 olçü vahidi səviyyəsində kəsişiblərsə, quyunun diametrini tapın.

 Məsələ 3: 
İki kubun həcmləri cəmi 17-dir. Onların ölçülərini tapın. 

Məsələ 4: 
Stol üstündə yerləşən 4 kürə həm bir-birlərinə, həm də stolun müstəvisinə toxunurlar. 3 kürənin radiusu R olarsa, dördüncünün radiusunu tapın.

 Məsələ 5: 
Dairəvi hovuzun kənarından təkan vuraraq balıq şimala doğru 6 metr üzdü, sonra yenə təkan vuraraq 8 metr şərqə tərəf üzdü. Sual: hovuzun diametri nə qədərdir?

Məsələ 6:  
Elə bir fiqur çəkin ki, onu ya 3  ya da 4 bərabər üçbucaqlara ayırmaq mümkün olsun. 

Məsələ 7:  
Ovçu 1 km.cənuba, sonra 1 km. şərqə, daha sonra 1 km. şimala gedərək çıxdığı yerə gəlib çatdı. Bu harda baş verə  bilər? 

Məsələ 8:  
İxtiyari trapesiyanın aşağı oturacağını  xətkeş vasitəsi ilə 3 bərabər hissəyə bölün. ( Xətkeşin üzərində bölgü yoxdur )



Məsələ 9: 
В каждой клетке доски 7x7 сидит жук. В некоторый момент все жуки переползают на соседние (по горизонатале или вертикале) клетки. Обязательно ли при этом останется пустая клетка?   
   

Məsələ 10:
  Düzbucaqlı üşbucağın hipotenuzu 10 düym, ona çəkilmiş hündürlük isə 6 düym olarsa, bu üçbucağın sahəsini tapın.


 

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...