26 апр. 2010 г.

Tədrisdə motivasiyaya mənim münasibətim


Motivasiya hər bir dərsin ən vacib hissəsidir. Dərsin mahiyyətini açmaq, tələbələrin diqqətini cəlb etmək, onlarda dərsə maraq,öyrənmək, anlamaq, tətbiq etmək həvəsi yatarmaq müəllimin əsas vəzifələrindən biridir.
Fikir vermisinizsə, şagirdlər "Mən bu mövzunu öyrənmək istəmirəm,çünki həyatımda mənə heç vaxt lazım olmayacaq" kəlmələrini tez-tez söyləyirlər. "Mən bu mövzunu öyrənmək istəmirəm,çünki maraqsızdır" kəlmələrini isə çox nadir hallarda eşidirik.Bəs tələbələri hansı yolla maraqlandırmaq olar?
Aşağıdakı üsullardan istifadə etmək olar:
1. Verilmiş mövzuya aid tarixi məsələlər, əfsanələr, məlumatlar.
2. Fənlərarası əlaqələrdən istifadə etməklə həyatda tətbiq oluna biləcək məsələlər həlli.
3. Cədvəl, qrafik və ya modellərdən istifadə etməklə tədqiqat, laboratoriya və praktiki işlər.
4. Keçilən mövzunun daha ətraflı öyrənilməsini tələb edən məsələlər həlli.
5. Riyazi fokuslar, krossvordlar, əyləncəli məsələlər.
Tələbələrə düşünməyi, kəşf etməyi, ixtira etməyi öyrətmək üçün müəllim özu də çox düşünməli,ixtira etməli və kəşflər etməlidir. Müəllim daim fəal yaradıcılıq fəaliyyəti şəraitində olmalıdır.Bundan başqa müəllimin gözəl əhval-ruhiyyədə olması,məncə,motivasiya üsullarının ön sıralarında durmalıdır.
Müəllimlərimizin bu fikirlərə münasibətini bilmək istərdim.

2 комментария:

Sevinc комментирует...

Çox maraqlı və informasiyalarla rastlaşdım. Çox sağolun.Tələbələrin zehni biliklərinin inkişafı üçün çox lazımi anlara toxunmusunuz

Mənzər Bağırova комментирует...

Bu müvzunun sizi maraqlandirdiğına çox sevindim. Təşəkkür edirəm.

Related Posts Plugin for WordPress, Blogger...