"İnsanlar başqalarını öyrətdikcə özləri öyrənirlər" SENEKA
15 мая 2010 г.
Bayramınız mübarək ! ( Ailə və təhsil haqqında fikirlərim)
Bu gün bütün dünya ən gözəl bayramlardan biri olan Beynəlxalq Ailə Gününü qeyd edir. Bu bayram münasibəti ilə bütün ailələri təbrik edirəm, hər bir ailəyə məhəbbət, müvəffəqiyyət və birlik arzulayıram! Beynəlxalq Ailə günü 1993-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilmişdir.
Ailə-cəmiyyətin insani dəyərlərin qorunmasıni, nəsillərin mədəni və tarixi varisliyini təmin edən əsas elementidir. Ölkənin inkişafı haqqında fikir yürütmək üçün cəmiyyətdə ailənin vəziyyətinə və dövlətin ailəyə münsibətinə baxmaq lazımdır. Ailənin əmin-amanlığı ölkənin tərəqqi və inkişaf meyarıdır.
Hamımızın tez-tez eşitdiyi “Ailə -cəmiyyətin özəyidir” kəlmələri həddən artıq quru və rəsmi səslənir. Əslində ailə- hər bir insanın özünü tam xoşbəxt hiss etməsi üçün zəruri olan xeyirxah bir mühitdir. Hər bir insanın həyatı ailədə başlayır, ailə onu vətəndaş kimi formalaşdırır.Ailəsi olan insan tək deyil və çətinliklərlə təkbətək qalmır.
Ailə inkişaf edən şəxsiyyətin tərbiyə və təhsilinin əsasında durur.Ailə və təhsil ayrılmaz mövhumlardır.Bu barədə fikirlərimlə bölüşmək istərdim.
Təhsil proqramları bir neçə formada mənimsənilə bilər: əyani, qiyabi, öz-özünə təhsil, eksternat, ailə təhsili formalarında. Ailə təhsilini xəstəlik səbəbindən məktəbə gedə bilməyən uşaqlar üçün nəzərdə tutlmuş “Evdə təhsil” ilə qarışdırmaq lazım deyil. Ailə təhsili– valideynlərin evdə, müəllimin iştirakı olmadan öz uşaqlarına məktəb proqramı ilə təhsil verməsidir. Bu iş, müntəzəm olaraq, məktəb qarşısında hesabat verilməklə, məsləhət almaqla valideynlər tərəfindən təşkil olunmuş və həyata keçirilmiş məqsədyönlü prosesdir.
Bir çox ailələrdə uşaqları ilə məktəb proqramının bütün fənləri üzrə məşqul olmaq iqtidarıhna ola bilən ana, ata, nənə, baba, başqa qohumlar var. Ata və ananın öz uşaqlarının müəllimləri olması təbii hal deyilmi? Ailə təhsili valideynlərlə uşaqlar arasındakı əlaqəni möhkəmlədir, get-gedə sayı artan boşanma hallarının qarşısını alır. Uşaqlarını evdə oxudan bir ananın dediklərinə görə, ailə təhsili az təminatlı ailələrdə uşağın layiqli tahsil alması üçün bəlkə də yeganə yoldur. “Bu halda uşaqlar kollektivdən ayrı düşür” deyənlərin fikri ilə razılaşmamaq olar. Belə ki, həmin uşaqlar evdə oxusalar da idman seksiyalarına, müxtəlif dərnəklərə gedir, həyətə çıxır, qonşu uşaqlarla dostluq edir və beləliklə, öz yaşıdları ilə təmasda olur.
Bəzi mütəxəssislərin fikrincə, ailə təhsili dünyada ən perspektiv təhsil formasıdır.Dünyanın bir çox ölkələrində artıq bu təhsil forması mövcuddur.Bu barədə daha ətraflı məlumat almaq istəyənlər Ailə təhsili hərəkatının ideoloqu Amerikalı Jon Koldved Holt (pedaqoq,müəllim,yazıçı...) və onun fikirləri haqqında burada. oxuya bilərlər.
Bir daha bayramınız mübarək !
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий