20 мая 2010 г.

Siz kitab oxuyursunuzmu?

Glitter Photos
.
Deyirlər ki, kitablar öz ömürlərini başa vurublar, kitabları heç kim oxumur, elektron versiyalara üstünlük verirlər, oxumaq əvəzinə kinolara baxırlar. Belə sözləri, yadınızdadırsa,teleqraf,sonra telefon,daha sonra poçt haqqında da deyirdilər.
Amma görürsünüz də, poçt da yaşayır, kitablar da. Bəs teatr ? Kino və televiziya ixtira olunanda teatr -“ köhnəliyin qalığı” adlandırıldı.
Qayıdaq kitablara. Məncə, kitablar “ölmürlər”,onlar formalarını dəyişirlər. Əsərin qiymətı (əhəmiyyəti) kitabın çap və ya elektron formasında olmasından asılı deyil.Sadəcə, kitabları çap variantda oxumaq həm rahatdır, həm də zövqvericidir.Axı kim saatlarla monitorun qarşısında oturub oxuya bilər? Kitabın printerdən çıxmış variantı da ləzzət verməz. Kitaba hörmətlə yanaşan hər bir kəs kitabın sehrli aləminə qapılmağı heç bir şeylə əvəz etməz. "XXI əsrdə yaşayırıq" deyərək elektron vəsaitlərə üstünlük verənlərə üzümü tutub demək istəyirəm:" Kitablar yaşayır və yaşayacaqlar".
Dərslərimdə bəzən tələbələrə onların bədii ədəbiyyat oxuyub-oxumadıqları haqqında sual verirəm. Qrupun yarısı (əsasən qızlar) müxtəlif əsərləri oxuduqlartını söyləyərək məni çox sevindirirlər. Mən də öz növbəmdə onları istiqamətləndirir, gözəl əsərləri oxumağı tövsiyyə edirəm. İndicə, bu sətirləri yazarkən, ağlıma belə bir ideya gəldi, kollecimizin yaxınlığında yerləşən kitabxanaya ekskursiya təşkil edim və kiçik qruplarala tələbələrimi həmin kitabxanaya üzv yazdırım. Yay tətili yaxınlaşır, qoy tətil onlar üçün maraqlı və mənalı keçsin.
Bu mövzunu davam etdirmək istəyən müəllim və tələbələr , siz də söhbətə qoşulun.

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...