"İnsanlar başqalarını öyrətdikcə özləri öyrənirlər" SENEKA
5 мая 2010 г.
Bir daha layihələr üsulu haqqında
Dərsin ən maraqlı formalarından biri də layihə yadacılığıdır. Belə bir dərs növü İnformasiya texnologiyalarını öyrənmək imkanlarının artırılmasına yönəlmişdir. Bu dərs forması həm müəllim, həm də şagird tərəfindən çox böyük hazırlıq tələb edir. Şagirdlərə tapşırıq verilir və beləliklə, layihənin yaradılması prosesi başlanır... Layihə üzərində iş bir neçə mərhələyə bölünür:
1. mövzu seçilir,
2. məsələ və məqsəd aydınlaşdırılır,
3. məsələnin həll yolları araşdırılır,
4. müxtəlif yollarla informasiya axtarılır,
5. illüstrasiyalar və materiallar seçilir,
6. təqdimatın eskizi hazırlanır,
7. layihənin nümayişi keçirilir,
8. layihə işinin analizi aparılır.
Layihələr kompüter təqdimatlarının yaradılması üsulu ilə (Power Point proqramı vasitəsi ilə) həyata keçirilir. Bu zaman şagirdlər skanerlə, mikrofonla, kompakt disklərlə, rəqəmsal fotokamera ilə, videokamera ilə, Adobe Photoshop proqramı ilə işləmək bacarıqlarına yiyələnirlər. Bundan başqa şagirdlərdə aşağıdakı qabiliyyətlər inkişaf edir:
• ünsiyyət qabiliyyəti ,
• həyati məsələləri həll etmə qabiliyyəti,
• bitmiş fəaliyyəti təhliletmə qabiliyyəti.
Müəllimləri və yoldaşları ilə qeyri-rəsmi ünsiyyət şagirdin yaradıcılıq potensialını açır və layihənin öhdəsindən müvəffəqiyyətlə gəlməsinə imkan verir. Bu cür iş uşağa onun kollektivdəki rolunu anlamağı, eyni zamanda ümumi işdə başqalarının da əməyini qiymətləndirməyı öyrədir.Beləliklə,layihə nəinki maarifləndirici, həm də sosial məna daşıyır.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий