3 мая 2010 г.

İnformatika dərsində layihələr üsulunun tətbiqi



Məktəblilərin dünyagörüşünün formalaşdırılmasında fənlərarası əlaqənin rolu danılmazdır.Bunu anlayan müəllinlər daim qarşılıqlı dərslər keçirmək məcburiyyətində qalır. Amma bir dərs çərçivəsində belə fənlərarası əlaqənin yaradılması olduqca çətindir.Bu halda layihə yaradıcılığı müəllimin köməyinə gəlir və qoyulmuş məsələnin daha geniş formada, müxtəlif fənlərdən istifadə etməklə həllinə imkan verir...
Layihələr metodu tədrisin təşkilinin ən effektiv formalarından biridir. Hər hansı bir praktik tapşırığın-layihənin planlaşdırılması və həll olunması şagirdlərdə müəyyən bilik və bacarıqların qazanılmasında böyük rol oynayır.Layihə yaradıcılığının həyata keçırılməsi zamanı müəllim eyni zamanda bir çox məqsədinə çatmış olur.Məsələn,keçirilmiş mövzular üsrə bilik və bacarıqların yoxlanılması,informasiyanın axtarışı və emalı, yeni texnologiyalarla iş bacarığı, qrupla işləməyin aşılanması, sinif yoldaşlarının fikrinə hörmətlə yanaşma, hər bir şagirddə özunəinam hissinin formalaşması,tədqiqat bacarığının inkişafı və s.
Mənim fikrimcə,layihə üzərində iş şagirdlərin yaradıcılıq aktivliyini artırır və yalnız yaradıcılıq zamanı inkişaf edə bilən bəzi şəxsi keyfiyyətlərin formalaşmasına imkan verir.Bu,ilk növbədə qrup layihələrinə aiddir. Kollektivdə işləmək,özünü bu kollektivin bir üzvü hiss etmək,hər hansı bir qərara görə məsuliyyəti öz üzərinə götürməyi bacarmaq,öz vaxtını və temperamentini ümumi işin maraqlarına tabe etmək kimi qabiliyyətlər başqa tədris formalarında mümkün deyil.
Öz informatika dərslərimdə dəfələrlə layihələr metodunu tətbiq etmişəm.İnformatika fənninin digər fənlərlə əlaqəsi ümumi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasıda əvəzsiz rol oynayır. Bəs, layihələr üzərində iş necə aparılmalıdır? Dərsin bu forması konkret olaraq, hansı mərhələlərdən ibarət olmalıdır? Bu barədə növbəti yazılarımda oxuya bilərsiniz.

Комментариев нет:

Related Posts Plugin for WordPress, Blogger...