"İnsanlar başqalarını öyrətdikcə özləri öyrənirlər" SENEKA
8 сент. 2010 г.
Yaxın gələcəyin təhsili necə olacaq?
Bill Geytsin konfransda (Techonomy)dediklərini oxucularımın diqqətinə çatdırmaq istəyirəm. O, belə fikir yürütmüşdür ki,yaxın gələcəkdə İnternet tələbələrə Ali məktəblərdən daha yaxşı təhsil verəcək. Dünyanın ən yaxşı mühazirələrini İnternetdən müftə tapmaq mümkün olacaq. Bill Qeyts qeyd etmişdir ki,distant təhsildə çox şey tələbənin arzusundan və çalışqanlığından asılıdır. Digər tərəfdən bu gün universitetlərdə oxumaq kifayət qədər baha başa gəlir.
"Online" təhsili kimi pulsuz alternativ təhsil növü meydana gələndən sonra universitetlər çox sayda tələbələrindən məhrum olacaqlar. B.Qeytsin sözlərinə görə artıq 5 ildən sonra İnternet Ali məktəblərlə real rəqabət apara biləcək.
O, həm də qeyt etmişdi ki, ənənəvi təhsildən tamamilə imtina etmək etməyə dəyməz. Gələcəkdə məktəblər də, universitetlər də qalacaq, sadəcə onların sayı ola bilər ki,azalsın.
Подписаться на:
Комментарии к сообщению (Atom)
1 комментарий:
maraqlı olacaq
Отправить комментарий